Uşaq oğrusu balaca qızcığazı aldatdı, amma qonşular ayıq-sayıq oldu (Video izlə)

Rusiyada kişi meydançadan uşaq qaçırmağa cəhd edib, lakin qonşuların sayıqlığı sayəsində buna müvəffəq olmayıb. Hadisə Krasnodar şəhərində baş verib.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Videodan görünür ki, naməlum kişi giriş qapısının yanında anasını gözləyən balaca qıza yaxınlaşaraq onu qucağına götürür və skamyada oturur. Həmin vaxt o, uşağı mağazaya getməyə razı salmağa çalışırmış.

Şübhəli yad adamı qonşular görüb, uşağı onun əlindən alaraq anaya təhvil veriblər.

Məlum olub ki, qadın paltarını dəyişmək üçün evə gedib və qızını cəmi bir neçə dəqiqəyə nəzarətsiz qoyub.

Hadisə şahidləri polislə əlaqə saxlayıblar və müşahidə kameralarının görüntülərini təqdim ediblər.

Regional Daxili İşlər Nazirliyi yoxlamalara başlayıb.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO