UNICEF: Bir milyon əfqan uşaq qida çatışmazlığı riski altındadır

Qafqaztimes xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Əfqanıstanın ən pis humanitar böhranla üzləşdiyini və səhiyyə sisteminin çökmək üzrə olduğunu bildirib.

UNİCEF-in Əfqanıstandakı nümayəndəsi Salam əl-Cənbi deyib: “Əfqanıstan dünyanın ən ağır böhranları ilə üz-üzədir və bu ölkənin ehtiyacları günü-gündən artır.”

O, əlavə edib: “Qidalanma və ərzaq təhlükəsizliyi böhranı ilə yanaşı bu ölkədə səhiyyə sistemi və sosial xidmətlər sıradan çıxmaq ərəfəsindədir.”

O, həmçinin qeyd edib: “Əfqanıstan bu ilin əvvəlində ən pis humanitar böhranlardan birini yaşadı. Belə ki, ölkə əhalisinin yarıdan çoxu, o cümlədən 10 milyon uşaq humanitar yardıma ehtiyaclı olmuşdu.

UNICEF-in Əfqanıstandakı nümayəndəsi deyib: “Son hadisələri və ölkənin yaşadığı iqtisadi sarsıntıları nəzərə alsaq, daha çox ailə böhranla üzləşmək ərəfəsindədir və Əfqanıstan əhalisinin yarıdan çoxunun şiddətli aclıqla üzləşəcəyi proqnozlaşdırılır”.

Related posts

İstanbulda ələvi qətliamına etiraz – video

Qəssab Culani…

İsrail: Qəzzənin işığını kəsdіk. Növbəti mərhələdə suyu kəsəcəyik