Rəsmi Suriya Türkiyə ordusunun bu ölkədə fəaliyyətinin uzadılmasını sərt qınayıb

Qafqaztimes xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyinin (SANA) verdiyi məlumata görə, şənbə günü Suriya Xarici İşlər Nazirliyi Türkiyə parlamentinin Ankaranın Suriya və İraqdakı hərbi əməliyyatlarını daha iki il müddətinə uzatmaq barədə razılığını sərt qınayıb.

“Türkiyə hökumətinin və onun prezidentinin (Rəcəb Tayyib Ərdoğan) siyasəti regionda və dünyada sülh və təhlükəsizliyə birbaşa təhdiddir”, deyə Suriya Xarici İşlər Nazirliyi bildirib.

Bu açıqlamaya görə, rəsmi Dəməşq Türkiyə parlamentinin iki gün əvvəl Rəcəb Tayyib Ərdoğana İraq və Suriyaya qoşun yeritmək üçün qondarma (verilmiş) səlahiyyətinin iki il müddətinə uzadılması qərarını kəskin şəkildə pisləyib.

Suriya Xarici İşlər Nazirliyi vurğulayıb ki, Dəməşq nizamnamə və beynəlxalq hüquq çərçivəsində öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək və türk qüvvələrini dəf etmək üçün beynəlxalq legitimliyin təmin etdiyi bütün əməli və hüquqi tədbirləri görmək haqqına malikdir.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO