UNICEF: 1 milyard uşaq səfalətdə!

QafqazTimes.com Unicef.org-a istinadən xəbər verir: 2019-cu ildə proqnozlaşdırılıb ki, ilin sonunadək  ağır yoxsulluq içində yaşayan uşaqların sayı 15 faiz artaraq 672 milyona çatacaq. Koronavirusla bağlı yoxsul uşaqlarının sayının 100 milyon nəfər artması BMT Uşaq Fondunun hesabatında yer alıb. Pandemiyadan əvvəlki vəziyyətə qayıtmaq üçün 7-8 il vaxt lazım olacaq. Ekspertlər fondun 75 illik tarixində pandemiyanı uşaqlar üçün ən böyük təhlükə adlandırıb. Fərqli hesabatlarda fərqli rəqəmlər var. COVID-19 pandemiyasının başlanğıcında  1 milyard uşağın səfalətdə yaşaması ilə bağlı statistikalar var.

UNICEF bildirir ki, 2021-ci ilin sentyabrına qədər dünyada məktəblilər 1,8 trilyon saat dərs saatı itirib. Ekspertlərə görə bunun sosial və iqtisadi zərərləri olacaq. 2020-ci ildə 23 milyon uşaq zəruri vaksin imkanından məhrum qalıb.Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgieva bildirib ki, yeni Omikron ştammı dünyada iqtisadi inkişaf tempini tormozlaya bilər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya