“Ümid” PUA-sı-düşmənə aman verməyən sərgərdan ovçu

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Quru Qoşunlarının komandanı, briqada generalı Əmir Kiyumərs Heydəri televiziyaya verdiyi müsahibədə “Ümid” PUA-sının xüsusiyyətləri haqqında deyib: “Ümid” PUA-sı güclü kəşfiyyatçı və unikal ovçdur. Bu dron kollektiv şəkildə istifadə oluna və döyüş səmasında təkbaşına uça və bütün sabit və hərəkətdə olan hədəfləri məhv edə bilər.

O, “Ümid” PUA-sının dünyada bənzəri olmadığına diqqət çəkərək əlavə edib: “Bu İHA radardan gizlənə bilir və çox yüksək sürətə malikdir. Yüksək inkişaf etmiş izləmə sistemi Ümid İHA-sının öz missiyalarında uğur qazanmasına kömək edir. Qrup uçuşları ilə yanaşı, bu sistem fərdi uçuşlarda da yaxşı performans göstərir.”

Heydəri bu PUA-nın mühüm xüsusiyyətləri barədə həmçinin bildirib: “Ümid PUA-sı məhvedici başlıqlara malikdir və kəşfiyyat missiyaları ilə yanaşı, uzun mənzilli strateji missiyalarda da rol oynaya bilər.”

Ordu Quru Qoşunlarının komandanı həmçinin deyib: “Bu PUA öz növünə görə unikaldır. “Ümid” Quru Qoşunlarının xüsusi məhsullarından sayılır və onun istehsalının bütün mərhələləri 100% İran İslam Respublikasının Quru Qoşunları tərəfindən həyata keçirilib.”

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək