Ukraynaya görə Almaniya qarışdı

QafqazTimes.com Rian-a istinadən xəbər verir: Almaniyada Ukrayna-Rusiya konfliktinə görə iki cəbhə yaranıb və gərgin döyüş gedir. Almaniya HDQ-nin baş komandanı  vitse-admiral Kay-Axim Şyonbax Hindistanda Nyu-Dehlidə konfransda çıxış edib. Admiral deyib: “Krım Ukraynaya qayıtmayacaq, bu faktdır.  Çinlə qarşıdurmada Avropa Rusiyaya ehtiyaclıdır. Putin hörmətəlayiq şəxsiyyətdir…” Amma bu sözlər admirala baha başa gəlib. Onu istefa verməyə məcbur ediblər.

Moskva ilə münasibətlər Almaniyanın aparıcı koalisiyasını parçalayıb. Moskvanın Ukraynanı işğal etmək istəməsini cəfəngiyyat sayanlar var. Almanların bir qismi düşünür ki, ABŞ NATO formatında Rusiya üçün təhlükə yaradır və Putin müqavimət göstərməkdə haqlıdır. Şenbax deyib ki, Rusiya Almaniya üçün əhəmiyyətlidir, sanksiyalar zərərə işləyəcək. Der Spiegel yazır ki, Almaniya hökuməti siyasi dairələrdə Rusiyanın müdafiə olunmasına qarşıdır. Amma hakimiyyətin də addımları ziddiyyətlidir. Bir az əvvəl Berlin Baltik ölkələrinə alman qaubitsaları verməyi qadağan etmişdi və Almaniyanın Ukraynadakı səfiri XİN-ə çağırılmışdı.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir