Qafqaz: Şimali Qafqaz, Cənubi Qafqaz

QafqazTimes.com: Qafqaz coğrafi region kimi Asiyada yerləşir. Amma adətən yazılır ki, Avropa ilə Asiyanın qovuşduğu, daha çox dağlıq ərazidən ibarət bölgədir. Ərazi qərbdən Qara dəniz, şərqdən Xəzər dənizi ilə məhdudlaşır. Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan, Türkiyənin şərq və İranın  şimal əraziləri Qafqaza daxildir. Qafqaz Cənubi və Şimali Qafqaz olmaqla iki hissəyə bölünür. Cənubi Qafqaza Zaqafqaziya dadeyilir. Şimali Qafqaz hazırkı Rusiyanın 8 federal bölgəsindən biridir. Adıgey, Dağıstan Qaraçay-Çərkəz, Kabardin-Balkar,  Şimali Osetiya,  İnquşetiya,  Çeçenistan bu bölgənin federal vahidləridir.

Vikipediya məqaləsindən: Qafqazın müasir ərazisi 440.4 min km² təşkil edir. Əhalisi 30 mln. nəfərdir. Regiona Cənubi Qafqazın 3 dövləti (Gürcüstan, Azərbaycan, Ermənistan), Rusiya Federasiyasının (RF) 2 diyarı (Krasnodar, Stavrapol) və 7 respublikası (Adıgey, Dağıstan, İnquşetiya, Çeçenistan ( İçgeriya) Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şm.Osetiya (Alanya) daxildir. Qərbdən-şərqə və şimaldan-cənuba gedən qədim ticarət yolları və müasir TRASEKA (İpək yolu) Şimal-Cənub dəhlizi məhz Qafqazdan keçir.

Related posts

Afinada 2-ci dünya müharibəsindən qalmış yüzlərlə bomba tapıldı – FOTO

Hindistanı Çinlə birləşdirən yol tamamilə uçdu – VİDEO

14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı