Ukraynalı diplomat Göyçə gölündə boğuldu – FOTO

Ukraynanın Ermənistandakı səfirinin müşaviri Aleksandr Sençenko Göyçə gölündə boğulub.

Erməni KİV-in məlumatına görə, avqustun 13-də axşam saatlarında Göyçə gölünün ikinci ictimai çimərliyində növbətçi xilasedicilər sahildən 25 metr aralıda çimərkən gözdən itən vətəndaşı görüblər.

Xilasedicilər kişini təxminən 1,5 m dərinlikdən çıxara biliblər və onu qayıqla sahilə gətiriblər. Ancaq təcili yardım işçiləri onun artıq öldüyünü təsdiqləyiblər.

Sonradan ölən şəxsin Ukraynanın Ermənistandakı səfirinin müşaviri olduğu müəyyən edilib.

Related posts

21avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

18 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)

17 avqustun Hafiz falı (Falın qaydası: Hafiz Şirazinin ruhuna salavat göndərib, falı oxuyun)