ABŞ-da insan həyatı hər an təhlükədədir: İdman meydançasında atəş açıldı, ölənlər var (Video izlə)

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində basketbol meydançasında açılan atəş nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bu barədə ABC-nin yerli bürosu məlumat yayıb.

Bildirilib ki, kimliyi bəlli olmayan 5 nəfər basketbol meydançasında toplaşan gənclərə atəş açıb. Yaralananlardan 2-si olay yerində, digəri xəstəxanada keçinib.

Hadisəni törədənlərin axtarışına başlanıb.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO