Ukrayna səfiri: Türkiyə oğurlanmış taxıllarımızı alır

QafqazTimes xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar cümə günü deyib: “Türkiyə Rusiyanın Ukraynadan qarət etdiyi taxılı alan ölkələrdən biridir.”

O jurnalistlərə müsahibə verərkən Türkiyə rəsmilərini və İnterpol polisini Ukrayna taxılının Türkiyə suları vasitəsilə daşınmasını araşdırmağa çağırıb.

Rusiya və Ukrayna dünyanın ən böyük taxıl ixracatçılarıdır, lakin iki ölkə arasında mövcud müharibə Qara dənizdən taxıl daşınmasını dayandırıb.

Belarus prezidenti Aleksandr Lukaşenko da cümə günü bildirib ki, ölkəsi Ukrayna taxılının öz ərazisindən mümkün transferinə hazırdır.

O, jurnalistlərə açıqlamasında deyib: “İndi hamı logistika axtarır. Yaxşı, bu barədə danışa bilərik. Onları Belarus vasitəsilə gətirin, amma biz bu barədə razılığa gəlməliyik.”

Ukrayna Müdafiə Nazirliyi də iddia edir ki, Rusiya nəqliyyat gəmiləri Suriyaya bir neçə taxıl yükləri göndərib. Çoxsaylı yük maşınları isə Ukrayna taxılını Rusiyaya daşıyıb. Krım yarımadasına 1500 tona yaxın taxıl göndərilib.

Rusiya Ukrayna taxılının oğurlanması ilə bağlı bütün ittihamları rədd edib. Rusiya rəsmiləri bu yaxınlarda Rusiyaya qarşı sanksiyaların dayandırılması müqabilində Ukraynanın taxıl ixracı üçün Qara dənizdən təhlükəsiz keçid yaratmağa hazır olduğunu bəyan edib.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…