Ukrayna kamikadze dronlarla bağlı ciddi problemlər yaşayır

QafqazTimes xəbər verir ki, Amerikanın “New York Times” qəzeti dərc etdiyi (23 oktyabr) bir hesabatında Ukraynanın Rusiya ordusunun kamikadze pilotsuz təyyarələri ilə mübarizədə üzləşdiyi problemlərə diqqət çəkib. Təbii ki, bu qəzet bu günlərdə bu pilotsuz təyyarələri İranın adlandırmağa çalışan Qərb rəsmilərinin üslubu ilə öz auditoriyasına bunu iranın pilotsuzu kimi təqdim etməyə çalışıb.

Şərti olaraq “Cus” adı qeyd olunan Ukraynanın Hərbi Hava Qüvvələrinin pilotu bu qəzetə müsahibəsində Ukrayna Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarələrlə mübarizə strategiyası hazırladığını iddia edib.

Onun sözlərinə görə, “qırıcılar səmada manevr edir, yer-hava raketləri (SAM) və radarlar pilotsuz uçan aparatları aşkar edir, şəhərlərdə yaradılmış pulemyotlarla silahlanmış əsgər qrupları da pilotsuz təyyarələrə atəş açırlar.

Bu ukraynalı qırıcı pilotu daha sonra etiraf edib ki, bu tip dronları müəyyən etmək çox çətindir və radarlar çox vaxt bu dronları quş sürüləri və ya digər obyektlər ilə səhv salırlar.

O, kamikadze pilotsuz uçan aparatları aşkar etmək cəhdlərindən biri haqqında təcrübəsini bölüşərkən deyib: Mərkəzi kontrolluqdan verilən əmrlərə əsasən, İrana məxsus bir pilotsuz təyyarə olduğunu düşündüyüm yerə uçdum, lakin heç nə tapmadım. Həmin gün də bir çox günlərdə olduğu kimi, əliboş geri qayıtmağa məcbur oldum.

Bu hesabatda o da bildirilir ki, pilotsuz təyyarələrə hava-hava raketləri atmaq Ukrayna üçün çətin və bahalı əməliyyatdır və bu cür uçuşların ukrayna qırıcılarının resurslarını hədərə verdiyi və onları sıradan çıxardığı bildirilir.

Ötən günlərdə Rusiya ordusunun Ukraynaya pilotsuz təyyarə hücumları dalğası beynəlxalq medianın diqqətini çəkib. “Los Angeles Times” qəzeti bu barədə bir məqaləsində yazıb ki, bazar ertəsi Rusiyanın bir sıra kamikadze pilotsuz təyyarələri Ukraynanın paytaxtı Kiyev şəhərinə hücum edib.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı

1 şərh

najlepszy sklep Mart 22, 2024 - 4:22 səhər

Wow, amazing blog format! How long have you
ever been running a blog for? you make blogging look easy.
The full look of your web site is excellent, as smartly as the content material!
You can see similar here sklep internetowy

Add Comment