Ukrayna hərbi heyətinin İsrailə gizli səfəri

QafqazTimes xəbər verir ki, sionist rejim televiziyasının 13-cü kanalı Təl-Əvivin Moskva ilə hər hansı bir qarşıdurma və çəkişmədən imtina etmə iddiasına baxmayaraq, yüksək rütbəli Ukrayna hərbi heyətinin İsrailə gizli səfərindən xəbər verib.

Bu xəbərə əsasən, sionist rejim Ukraynaya silah tədarükünün nəticələri barədə Təl-Əvivə xəbərdarlıq edən Rusiya ilə münasibətlərin daha da gərginləşməsinin qarşısını almaq üçün bu gizli səfəri əhəmiyyətsiz göstərməyə çalışır.

İsrail kanalı əlavə edib ki, Ukrayna qüvvələrinin Baş Qərargah rəisinin müavininə bərabər vəzifə də daxil olmaqla, yüksək rütbəli hərbi rəsmilərin olduğu Ukrayna nümayəndə heyəti bir neçə gün ərzində işğal olunmuş ərazilərə daxil olub.

Bu xəbərə əsasən, sözügedən heyət İsrail ordusu və sionist rejimin təhlükəsizlik aparatının yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib və Təl-Əviv müharibə naziri Benni Qantsın hava təhdidlərinə qarşı erkən xəbərdarlıq sistemləri ilə bağlı Kiyevə təklifini nəzərdən keçirib.

Sionist rejimin bir təhlükəsizlik mənbəsi bununla bağlı deyib: Ukrayna nümayəndə heyəti bir daha Kiyevin Təl-Əvivə silah yardımı istəyini bəyan edib.

Bu xəbərə əsasən, sionist rejim bu səfəri açıqlamır və Moskva ilə münasibətlərində daha çox gərginlik yaratmaq üçün bunu gizlədir.

Bu arada Ukraynanın Təl-Əvivdəki səfiri Yevgeni Korniçuk bu günlərdə Benyamin Netanyahunun hakimiyyətə qayıdışı ilə sionist rejimin yeni kabinetinin Kiyevə silah yardımını artıracağına ümid etdiyini bildirib.

O, deyib: “Ukrayna Kiyevin İsraillə hərbi əlaqələrinin, xüsusən də raket əleyhinə sistemlər və pilotsuz təyyarələrin göndərilməsi sahəsində möhkəmlənəcəyini gözləyir.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir