Uçuş zamanı təhlükəli anlar: Təyyarənin qapısı açıldı (Video izlə)

Yakutiyada “İrAero” şirkətinə məxsus təyyarə təcili olaraq eniş etməyə məcbur olub.

Maqandan Maqadana uçan təyyarənin uçuş zamanı qapısı açılıb.

Bir neçə kilometr hündürlükdə olduğu zaman “An-26-100” təyyarəsinin yük bölməsində olan və birbaşa salona aparan qapısı açılıb.

Xoşbəxtlikdən gəmidə olan 25 nəfər, o cümlədən ekipaj üzvləri xəsarət almayıblar. Yalnız bəzilərinin başındakı papaqlar hava boşluğuna uçub.

Pilotlar təcili eniş ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO