“Twitter” Norveçlə Nigeriyanı səhv saldı – FOTO

“Twitter” sosial şəbəkəsinin əməkdaşları Norveç Xarici İşlər Nazirliyinin səhifəsini Nigeriya hökumət təşkilatının hesabı kimi qeyd ediblər.

Bu barədə Norveç XİN məlumat yayıb.

“Hörmətli “Twitter”in texniki dəstək xidməti, Nigeriya ilə əla ikitərəfli əlaqələrimizə və əlifba sırasına görə yaxın qonşuluğumuza baxmayaraq, bizi Norveçin hökumət təşkilatı kimi qeyd edə bilsəniz, çox minnətdar olarıq”, – qurum öz sosial şəbəkə səhifəsindən “Twitter”ə müraciət edib.

XİN Norveçin xarici işlər naziri və baş nazirinin səhifələrində də eyni düzəlişi etməyi xahiş edib.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO