Tvitterin rəhbəri prezidenti ələ saldı – FOTO

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Co Baydeni trollayıb.

“Twitter” sahibi bunu özünün sosial şəbəkə hesabından həyata keçirib.

Belə ki, Ağ Ev rəhbəri çıxışı zamanı iqlim dəyişikliyi ilə mübarizədəki uğurundan danışıb.

Mask isə bu çıxışa – “Hmm… banklar əriyir”, – deyə reaksiya verib. O, bu yolla ABŞ-də bir neçə kredit təşkilatının iflasına işarə edib.

Xatırladaq ki, martın 10-da ABŞ-nin ən böyük banklarından biri olan “Silikon Valley Bank”ın cəmi iki günə iflasa uğradığı məlum olub. Ardınca oxşar səhm portfelinə malik “Signature Bank” da bağlanıb.

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO