Türkiyənin xarici işlər və müdafiə nazirləri işğal altındakı Fələstinə səfər edəcəklər

QafqazTimes xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə Çavuşoğlu və Xulusi Akar aprelin sonunda işğal olunmuş ərazilərə səfər edəcəklər.

Sputnik-in məlumatına görə, “Hürriyyət” qəzeti Çavuşoğlunun sözünü dərc edərək yazıb: “İsraillə münasibətlərdə əhəmiyyətli irəliləyişlər olduğu üçün biz İsrailə səfər edəcəyik. Fələstin tərəfi də Türkiyənin İsraillə münasibətlərinin yaxşılaşmasından məmnundur.”

Çavuşoğlu İsrailə səfərinin bu ay baş tutacağını təkrarlayıb.

Səfər əvvəlcə aprelin 3-nə planlaşdırılsa da, hazırda planlaşdırılan tarixdən əlavə, Çavuşoğlunu bu səfərdə müşayiət edəcək nazir də dəyişib, Türkiyə xarici işlər nazirinin sözlərinə görə, bu səfərə Türkiyənin müdafiə naziri ilə birlikdə gedəcəkdir.

Türkiyə prezident aparatının məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sionist rejimlə ixtilafların həlli üçün israilli həmkarı ilə telefon danışığı aparıb.

Qeyd edək ki, son 12 ildə fəal iqtisadi əlaqələrə baxmayaraq, iki ölkə arasında siyasi əlaqələr gərginləşmiş və bəzən isə tamamilə kəsilmişdi.

Related posts

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəhudilər…