İmam Xamenei: Qalib gəlmək şansınızın olmadığı müharibəni davam etdirməyin!

QafqazTimes xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri İmam Xamenei ötən gün dövlət rəsmiləri ilə görüşündə nüvə danışıqları heyətinin qarşı tərəfin zorakılığına və hegemonluğuna qarşı müqavimətindən məmnunluğunu ifadə edərək deyib: “Anlaşmadakı əhdinə vəfa etməyən və onu tərk edən qarşı tərəf indi özünü aciz və çıxılmaz vəziyyətdə hiss edir, lakin xalqa arxalanaraq bir çox çətinliklərdən keçən İslam höküməti bu mərhələni də keçəcəkdir.”

Ayətullah Xamenei çıxışının başqa bir hissəsində 1948-ci il ərazilərində və işğal olunmuş ərazilərin mərkəzində fələstinli gənclərin oyanışını, hərəkatını və səylərini yüksək qiymətləndirərək əlavə edib: “Bu hərəkatlar ABŞ-ın və tərəfdarlarının səylərinə baxmayaraq Fələstin məsələsin diri olduğunu və heç vaxt unudulmayacağını göstərdi. Mövcud addımları davam etdirməklə və Allahın lütfü ilə son qələbə Fələstin xalqının olacaqdır.”

Ali Məqamlı Rəhbər həmçinin məzlum Yəmən xalqının şücaətini yüksək qiymətləndirərək Səudiyyə hökümətinə müraciətində deyib: “Nə üçün qalib gəlmək şansınızın olmadığını bildiyiniz müharibəni davam etdirirsiniz? Bu döyüşdən çıxış yolu tapın.”

İmam Xamenei Yəməndə son atəşkəs rejiminin çox yaxşı olduğunu bildirərək belə əlavə edib: “Əgər bu razılaşma sözün əsl mənasında icra olunarsa, davam edə bilər və Yəmən xalqı şübhəsiz ki, özlərinin və liderlərinin səyləri, cəsarəti və təşəbbüsü sayəsində qalib gələcəkdir. Allah taala da bu məzlum xalqa yardım edəcəkdir.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!