Türkiyənin məşhur sarayında yanğın (Video izlə)

Türkiyənin İstanbul şəhərində yerləşən Çırağan sarayının hotel hissəsində yanğın baş verib.

Beşiktaşda yerləşən “Çırağan Palace Kempinski”nin 4-cü mərtəbəsindəki yanğının baş vermə səbəbi bilinmir.

Əraziyə çox sayda yanğınsöndürmə briqadaları göndərilib.

Hoteldə qalan insanlar təxliyə edilir, küçəni qatı tüstü bürüyüb.

Çırağan prospektində nəqliyyatın hərəkəti dayandırılıb.

Related posts

Qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi – FOTO/VİDEO

Üzümlərini şaxtadan qorumaq istəyən italyanlardan maraqlı üsul – VİDEO

İtləri boyayıb panda kimi təqdim etdilər – FOTO/VİDEO