Türkiyəli fermer ayıya məktub yazdı: “Ayı qardaş, açar ayaqaltının altındadır” – FOTO

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb.

Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub.

“Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıda onun üçün qeyd yazdım. “Ayı qardaş, xahiş edirəm, qapını sındırma. Açar ayaqaltının altındadır. Şiddət heç bir problemi həll eləmir”, – yazıb qapıya yapışdırdım. Güman edirəm ki, ayı başa düşər”, – deyə fermer hərəkətini izah edib.

Related posts

Nəhəng qum fırtınası insaları vahiməyə saldı – VİDEO

Türkiydə dəhşət: Qonşusunu maşının arxasına bağlayıb sürüdü – FOTO/VİDEO

“WhatsApp” daha bir yeniliklə gəlir – FOTO