Türkiyədə sionist rejim üçün casusluq edən 16 nəfərin mühakiməsi

QafqazTimes xəbər verir ki, Associated Press-in məlumatına görə, Türkiyə mediası çərşənbə axşamı İstanbulda İsrailə “siyasi və hərbi” casusluq ittihamı ilə 16 nəfərin mühakimə olunduğunu bildirib.

Türkiyə mətbuatının məlumatına görə, müttəhimlər oktyabr ayında Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) keçirdiyi əməliyyat nəticəsində həbs edilib. İttihamları sübuta yetirilərsə, onları 20 ilə qədər həbs gözləyir.

“Sabah” qəzeti müttəhimlərin fələstinli və türk tələbələrə qarşı sionist rejim üçün casusluq etdiklərini və onların beş müxtəlif qruplarda fəaliyyət göstərdiklərini yazıb.

Türkiyə təhlükəsizlik orqanının həbs olunmazdan əvvəl bu qruplaşmanı bir il ərzində izlədikləri bildirilir. Türkiyə rəsmiləri həbslərlə bağlı açıqlama verməyib.

“Sabah”ın məlumatına görə, ilkin məhkəmə iclasları dörd gün davam edəcəkdir.

Related posts

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO

Allaha inan!