Silahlı şəxs uşağı əsir götürdü (Video izlə)

Türkiyənin Adana şəhərində patrul xidməti göstərən polis qrupları küçədə naməlum şəxsdən şübhələnib.

Şübhəli şəxsə “dayan” xəbərdarlığı edilib. O, xəbərdarlığa əməl etməyib və qaçmağa başlayıb. Polis onu təqib etməyə başlayıb.

Şübhəli küçədə üç mərtəbəli binanın damına çıxaraq qapını kilidləyib. Bu vaxt o, belindəki tapançanı çıxarıb və damda oturan 14 yaşlı uşağı girov götürüb.

Bölgəyə çoxlu sayda xüsusi əməliyyat polisləri göndərilib.

Polisin 2 saatlıq səylərindən sonra şübhəli silahını yerə ataraq təslim olub.

Əsir alınmış uşaq xilas edilib. Şübhəli şəxs ifadəsi alınması  üçün polis bölməsinə aparılıb.

Related posts

Meşədən kütləvi köç edən qırxayaqlıların görüntüsü tayvanlıları dəhşətə gətirdi – VİDEO

Yaşlı qadın küləyin qurbanına çevrilməkdən son anda xilas oldu – ANBAAN VİDEO

Türkiyədə qəribə hadisə: Eyni vaxtda çox sayda çuxurlar əmələ gəldi – FOTO