Türkiyədə Rusiya bayrağı ilə üzən gəmi yanıb (Video izlə)

İstanbulda Rusiya bayrağı altında üzən balıqçı gəmisi yanıb.

Məlumata görə, yanğın şəhərin şərqindəki Tuzla rayonundakı gəmiqayırma zavodunda təmir olunan 120 metr uzunluğunda gəmidə baş verib.

Bildirilir ki, gəmidəki yanğını görən işçilər vəziyyəti yanğınsöndürmə briqadasına çatdırıblar.

Gəmidə olan balıq emalı müəssisəsinin işçiləri təxliyə edilib.

Related posts

Aviaqəzalarda dünyasını dəyişən dövlət başçıları – SİYAHI

Rusiyada manyakın təhlükəli görüntüləri yayılıb – VİDEO

BMT-nin iclasında Seyid İbrahim Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib – FOTO