Türkiyədə inflyasiya 73%-i keçdi

QafqazTimes xəbər verir ki, Türkiyə Statistika Mərkəzi cümə günü ölkədə inflyasiyanın may ayında ondan əvvəlki aya görə 2,98 faiz artaraq 39,33 faizə, keçən illə müqayisədə isə bir illik inflyasiyanın 73,5 faizə çatdığını açıqlayıb.

Bu ayda geyim məhsullarında inflyasiya 29,80 faiz, səhiyyədə 37,7 faiz, nəqliyyatda 107,6 faiz, ərzaq və alkoqolsuz içkilərdə 91,6 faiz, məişət texnikasında 82 faiz təşkil edir.

Bu, Türkiyədə son 20 ildə ən yüksək inflyasiya səviyyəsidir.

Türkiyədə, xüsusən də İstanbulda iqtisadi vəziyyət əhali üçün o qədər çətinləşib ki, İstanbulda ev kirayələmək bu ölkədə orta maaş səviyyəsini keçib. Həmçinin Türkiyədə bəzi insanlar işıq pulunun artması səbəbindən işıq və qaz pulunu ödəyə bilməyib və bu səbəbdən qışda qaz və elektrik enerjisi verilməsində fasilələrlə üzləşiblər.

Türkiyədə Rusiya-Ukrayna müharibəsi səbəbindən buğda və bitki yağı kimi bəzi ərzaqların qiyməti dəfələrlə artıb. Bu da çörəyin qiymətini 1,5- 2 lirədən 4-5 lirəyə qaldırıb.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…