Türkiyədə ailə faciəsi: Boşandığı qadının yaxınlarını öldürdü – FOTO

Türkiyənin Adana şəhərində 3 uşaq atası zorakılıq iddiası ilə ondan boşanan qadının ailə üzvlərini öldürüb.

Belə ki, Sarıçam rayonunda Uğur Doğan adlı şəxs 17 illik evlilikdən sonra ondan boşanan Rəhimə Doğanın anasının yaşadığı evə gəlib. O, R.Doğanın həmin vaxt çörək bişirən anası Şərifə Yıldız, bacısı Sümeyye Ergin və qardaşının arvadı Cennet Yıldızla mübahisə edib və onları güllələyib. Bundan sonra həmin şəxs eyni silahla intihar edib.

R.Doğan təşvişlə qaçaraq polisə xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə işçiləri qadının anasının, bacısının və keçmiş ərinin öldüyünü müəyyən ediblər. Onun qardaşı arvadı isə yaralı halda xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma başlayıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi