Sərxoş “Boris Conson” Ukrayna sürücülük vəsiqəsi ilə saxlanılıb – FOTO

Niderlandın Qroningen şəhərində Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun adına verilmiş saxta Ukrayna sürücülük vəsiqəsinə malik sərxoş sürücü həbs edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sadə yoxlama üçün sürücünü saxlasalar da, kişinin sərxoş vəziyyətdə olduğunu anlayıblar.

Avtomobilə baxış zamanı saxta sürücülük vəsiqəsi aşkar edilib. Sənəddə Britaniyanın keçmiş baş nazirinin fotosu, həmçinin Consonun əsl adı və doğum tarixi qeyd olunub. Sənədin müddəti 3000-ci ildə başa çatır.

Bildirilir ki, sürücü cərimələnib, saxta vəsiqə isə polis tərəfindən müsadirə edilib.

Related posts

400 metrlik televiziya qülləsi yerlə bir oldu: Maraqlı görüntülər – VİDEO

Maduro fələstinlilərlə həmrəylik edir və Ramazan ayı münasibətilə təbrik edir

Ənsarullah: Amerika sionist rejim cinayətlərinə şərikdir