Türkiyə və sionist rejim xarici işlər nazirləri arasında telefon danışığı

QafqazTimes xəbər verir ki, Türkiyənin xarici işlər naziri sionist həmkarı ilə telefon danışığında sionist rejimin prezidentinin Ankaraya səfərinin hazırlıqlarını müzakirə edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sionist həmkarı Yair Lapid ilə telefon əlaqəsi qurararaq İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə səfərinin təşkilini müzakirə edib.

“Əl-Xəlic Əl-Cədid” saytının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirib ki, Lapid bu telefon danışığında koronavirusa yoluxan Çavuşoğluna can sağlığı arzulayıb. Açıqlamada həmçinin qeyd olunub ki, Hersoqun Türkiyəyə səfəri martın 9-u və ya 10-a planlaşdırılıb.

Qeyd edək ki, fevral ayının 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İshaq Hersoqun Türkiyəyə gözlənilən səfərinin müsbət addım olacağını və ikitərəfli münasibətlərə müsbət təsir göstərəcəyini bildirmişdi.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…