Türkiyə və Ermənistan rəsmilərinin Vyanada görüşü

QafqazTimes.com dünya mediasına istinadən xəbər verir: Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq Türkiyə və Ermənistan rəsmilərinin yenidən diplomatik əlaqə qurmaq üçün yaxın zamanda başa tuta biləcək görüşündən danışıb.

O deyib ki, iki ölkə rəsmiləri 24 fevralda Vyanada görüşməlidir.

Verilən məlumata əsasən, Avstriya xarici işlər naziri Türkiyənin tanınmış diplomatı Sərdar Kılıc və Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanı bu görüşə dəvət edib.

Türkiyə və Ermənistanın bu iki rəsmisi ilk dəfə ötən ay Moskvada görüşüblər.

Tərəflər Moskva görüşündə Osmanlı Türkiyəsində erməni soyqırımı ilə bağlı uzun ixtilafların həlli barədə müzakirə aparıblar.

30 il öncədən, Ermənistan Sovetlər Birliyindən çıxıb müstəqil olan vaxtdan bu iki ölkə arasında diplomatik əlaqə olmayıb.

Avstriyanın bu addımı, Avropanın nümayəndəsi olaraq daha fəal rol oynamağa təlaş və Qafqazda Rusiyanıın inhisarçılığına  son qoymaq üçündür.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib