Narkotiklə tutulan şəxs görün kim imiş (Video izlə)

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elnur Nəbiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və tiryək aşkarlanıb. Davam etdirilən tədbirlərlə Elnur Nəbiyevin şəhər ərazisindəki köhnə tikilidə gizlətdiyi 450 qram qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin də qərarı ilə E.Nəbiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO