Türkiyə rəsmiləri Bəşar Əsədlə danışıqlar aparmağa çalışır

QafqazTimes xəbər verir ki, bazar ertəsi bir türk qəzeti Ankara rəsmilərinin Suriya hökuməti ilə siyasi əlaqələri yenidən başlatmaq üçün danışıqlar apardığını bildirib.

“Əl-Məyadin” telekanalının “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə hökumətinə yaxın olan bəzi mənbələr bildiriblər: “Son vaxtlar Türkiyə hökuməti balanslaşdırılmış siyasət yürüdür və son bir neçə ayda, xüsusən də Ukrayna böhranında aktiv rol oynamağa çalışır. Beləliklə, bu iki hal Suriya probleminin həlli üçün ən münasib zamanı meydana gətirib.”

Bu türk mənbələri həmçinin qeyd ediblər: “Ankara Dəməşq hökuməti ilə bütün təmaslarında üç şeyi vurğulayır: Suriyanın vahid strukturunun və ərazi bütövlüyünün qorunması, ölkəyə qayıdan qaçqınların təhlükəsizliyinin təminatı və Kürdüstan Fəhlə Partiyasının(PKK) fəaliyyətinin davam etdirilməsi.”

Qəzetin yazdığına görə, Türkiyə bu mühüm mesajları Suriya hökumətinə çatdırıb və ola bilsin ki, bu danışıqlar Suriya prezidenti Bəşar Əsədin BƏƏ-yə səfərindən əvvəl baş tutub.

Qeyd edək ki bir neçə həftə əvvəl Suriya prezidenti Dəməşqin ərəb ölkələri ilə münasibətlərinin normallaşması çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə səfər etmişdi. Bu səfər çərçivəsində o, Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayid Ali Nəhyan və Dubay meri Məhəmməd bin Raşid Ali Məktumla görüşmüşdür.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır