Türkiyə prezidentinin Tehran səfərinin proqramı açıqlandı

QafqazTimes xəbər verir ki, Türkiyənin prezident aparatı bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin proqramını açıqlayıb.

Məlumata görə bu iki günlük səfər zamanı prezidentlərin sədrliyi ilə iki ölkənin yüksək əməkdaşlıq komitəsinin 7-ci iclası keçiriləcək və burada iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı bütün aspektlər araşdırılacaq.

Regional məsələlər də bu görüşün əsas müzakirə mövzusu arasında olacaqdır.

Həmçinin İbrahim Rəisi, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Astana liderlərinin Suriya ilə bağlı 7-ci görüşü Tehranda keçiriləcək. Suriyadakı proseslər, PKK və İŞİD terrorçularının bölgədə fəaliyyəti və onlarla mübarizə, Suriya böhranının həlli üçün siyasi səylər, humanitar vəziyyət və suriyalı qaçqınların öz ölkələrinə qayıtması Astana sammitinin əsas mövzularındandır.

Bundan əlavə Ərdoğanın rusiyalı həmkarı ilə də ikitərəfli görüşü olacaq.

Qeyd edək ki, Türkiyə prezidenti çərşənbə axşamı Tehranı tərk edəcək.

Related posts

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO

Allaha inan!