Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

QafqazTimes xəbər verir ki, Finlandiya və İsveçlə Türkiyə arasında bu iki ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması üçün aylarla davam edən münaqişə və siyasi mübahisədən sonra Ankara nəhayət Helsinkinin istəyi ilə razılaşıb.

Cümə günü səhər Türkiyə parlamentariləri Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləyərək, ölkənin bu hərbi alyansa qoşulma tələbinə razılıq veriblər.

Bu addımdan sonra NATO-nun baş katibi Yens Stoltenberq ​​deyib: “Türkiyə parlamentinin Finlandiyanın NATO-ya üzvlüyünün təsdiqi üçün səsverməsini alqışlayırıq.”

Finlandiya prezidenti Saoli Niinista isə deyib: “Bütün NATO ölkələri bizim bu alyansa üzvlüyü təsdiqləyib və biz indi qoşulmağa hazırıq. Biz İsveçin də NATO-ya üzvlüyünü mümkün qədər tez başa çatdırmağına səbirsizliklə gözləyirik.”

Qeyd edək ki, iki gün əvvəl əksəriyyəti baş nazirin sağçı partiyasının əlində olan Macarıstan parlamenti də aylar sonra Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib.

2022-ci ilin mayında Finlandiya və İsveç Ukraynadakı müharibəni bəhanə edərək NATO-ya üzv olmaq üçün müraciət etmişdilər, lakin o zaman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu iki ölkənin PKK terror qruplaşması ilə əməkdaşlıq etməsini səbəb gətirərək onların NATO-ya qoşulmasını dəstəkləyə bilməyəcəyini vurğulamışdı.

Bundan sonra, tərəflər arasında Türkiyə hakimiyyəti ilə danışıqlardan sonra İsveç və Finlandiya nümayəndələri terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq edəcəklərini açıqlamışlar.

Related posts

BMT-nin nizamnaməsini cırdılar!

Sionist səfir “BMT Nizamnaməsini” parçaladı – VİDEO

Ağ Ev: Qəzzədə atəşkəs mümkündür

1 şərh

Checking wallets Aprel 1, 2023 - 4:31 axşam

ZkSync Free Airdrop Crypto: Your Guide to Free Coins in 2023, EARN MORE THAN $1000! https://www.tiktok.com/@bigggmoneys/video/7216825799645678854

Add Comment