Türkiyə Müdafiə Nazirliyi İraqda 3 türk əsgərinin öldürüldüyünü təsdiqləyib

QafqazTimes xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi çərşənbə axşamı, mayın 24-ü rəsmi olaraq bəyan edib ki, Duhokda (Şimali İraq) Kürdüstan Fəhlə Partiyasının (PKK) qüvvələri ilə toqquşmalarda üç türk əsgəri həlak olub.

Türkiyə Müdafiə Nazirliyindən verilən bu açıqlamada İraqın şimalında bir neçə gecə əvvəl “Əhraru Sincar”-ın Türkiyənin Zelikan bazasına hücumu nəticəsində 3 əsgərin həlak olduğu bildirilir.

Bu arada, ötən gün İraqın şimalındakı Duhok əyalətinin Barvar bölgəsində yaşayış binaları yaxınlığında Türkiyə və PKK qüvvələri arasında toqquşmaların olduğu barədə xəbərlər yayılıb.

Türkiyə uzun müddətdir ki, Kürdüstan Fəhlə Partiyası ilə (PKK) mübarizə etdiyini iddia edərək Şimali İraqın ərazi bütövlüyünü pozur. Son 35 ildə Ankara hökuməti ilə qarşıdurmada olan PKK Türkiyə, ABŞ və Avropa Birliyi tərəfindən terror qruplaşması hesab edilir. Türkiyə bildirir ki, Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlıları qadın və uşaq da daxil olmaqla 40 mindən çox Türkiyə vətəndaşının ölümünə görə məsuliyyət daşıyır.

Türkiyə Şimali İraqda PKK yaraqlılarına qarşı bir neçə əməliyyat keçirib və bu əməliyyatlar həmişə İraq rəsmilərinin sərt reaksiyası ilə qarşılanıb.

Ankara bu əməliyyatların Kürdüstan Fəhlə Partiyasının (PKK) hərbi bazalarını hədəfə aldığını iddia edir, baxmayaraq ki, bölgədəki kənd sakinləri mülki yaşayış məntəqələrinin də hədəfə alındığını dəfələrlə bildiriblər.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik