Türkiyə Liviyadan Suriyaya terrorçuların köçürülməsi prosesini davam etdirir

Qafqaztimes xəbər verir ki, Türkiyəyə bağlı terrorçuların Suriyadan Liviyaya və əksinə köçürülməsində iki həftəlik fasilədən sonra bu proses yenidən bərpa edilib.

Müxalifətə bağlı Suriya İnsan Haqları Müşahidə Qrupu 150 terrorçunun Liviyadan Suriyaya qayıtdığını bildirib. Bu şəxslərin əksəriyyəti “Əl-Əşmat” və “Filəq Əl-Məcd” kimi tanınan “Süleyman Şah” terror qruplaşmasının üzvləridirlər.

Bu qrup mənbələrinin məlumatına görə, bu gün daha 150 muzdlu Türkiyədən Liviyaya göndərilib.

Adı çəkilən müşahidə qrupu Oktyabrın 22-də suriyalı muzdluların Liviyaya və əksinə köçürülməsinin dayandırıldığını elan etmişdi. Mərkəz yüzlərlə terrorçunun Suriyaya, yüzlərlə terrorçunun isə Liviyaya qayıtmağı gözlədiyini bildirimişdi.

Bu arada beynəlxalq ictimaiyyət isə bütün xarici qoşunların Liviyadan çıxarılmasını tələb edir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!