Türkiyə Ermənistanla münasibətləri normallaşdırır

Qafqaztimes xəbər verir ki, çərşənbə günü BƏƏ-yə səfərindən sonra jurnalistlərə açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan münasibətlərinə toxunaraq deyib: “Prezidentimizin təsdiqi ilə Vaşinqtondakı keçmiş səfirimiz Sərdar Klıç Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edilib və o, tezliklə öz fəaliyyətinə başlayacaq.”

O, əlavə edib: “Digər tərəfdən, Ermənistan və Türkiyə hava yolları uçuşlara başlamaq üçün ikitərəfli rəsmi səfərlər həyata keçirilib və nəqliyyat nazirimiz vəziyyəti araşdırmaq üçün danışıqlara başlayıb.”

Türkiyənin xarici işlər naziri ümidvar olduğunu bildirib ki, 3+3 əməkdaşlığına doğru atılan bu addımlar regionda sülh və əmin-amanlığın bərqərar olmasına gətirib çıxaracaqdır.

Son həftələrdə İrəvan və Ankara münasibətlərin normallaşmasına dair mesajlar vermişlər ki, bu da münasibətlərin normallaşması istiqamətində danışıqlara zəmin yaradıb.

Ermənistan da Türkiyə tərəfindən xüsusi elçi seçilməsini çox müsbət qarşılayıb.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!