Türk muzdluları müqavimət qruplarını İraq xalqından ayırmaq niyyətindədirlər

QafqazTimes xəbər verir ki, İraqın əl-Fəth parlament koalisiyasının üzvü Əli əl-Fətlavi bu bazar günü axşam Türkiyəyə bağlı muzdluların müqavimət qruplarına qarşı mənfi rolunu tənqid edib.

Əl-Fətlavi Əl-Məlumə xəbər agentliyinə bildirib ki, türk muzdluları müqavimət qruplarını İraq xalqından ayırmaq üçün yalançı ittihamlardan istifadə etmək niyyətindədirlər.

O, bildirib ki, Türkiyə muzdluları müqavimət qruplarını vəziyyətin sabitliyini pozmaq üçün Süleymaniyyə vilayətindəki neft yataqlarını bombalamaqda ittiham edir.

Əl-Fəth rəsmisi müqavimət qruplarının Kürdüstan Bölgəsi ilə İraqın mərkəzi hökuməti arasında əlaqələri kəsmək istəmədiyini vurğulayaraq, ABŞ, İŞİD və Türkiyənin İraq xalqının düşmənləri olduğunun aydın olduğunu qeyd edib.

Əl-Fətlavi sözünü Türkiyənin təkrarlanan təcavüzü və İraq ərazilərinin davamlı bombalanması qarşısında İraq hökumətinin qəribə sükutunu tənqid etməklə yekunlaşdırıb.

Bu arada İraq xəbər mənbələri dünən günortadan sonra BƏƏ-yə bağlı şirkətin fəaliyyət göstərdiyi Süleymaniyyədəki “Kormore” qaz yatağına raket atıldığını bildirib.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!