Türk lirəsi yenidən ucuzlaşıb

QafqazTimes xəbər verir ki, Reuters-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın faiz dərəcələrini endirməyə davam edəcəyinə dair vədindən qaynaqlanan inflyasiyanın artması ilə bağlı narahatlıqlar çərşənbə günü türk lirəsinin dollar qarşısında 0,9 % ucuzlaşaraq bu ilki zərərin 22 %-ə çatmasına səbəb olub.

Lirə ABŞ valyutası qarşısında dünənlə müqayisədə 16,7650-dən 16,93-ə çatıb. Qeyd edək lirənin dollar qarşısında ən böyük süqutu 20 dekabr 2021-ci ildə baş vermişdi.

Bazar ertəsi Türkiyə Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan hökumətin faiz dərəcələrini artırmayacağını, lakin yüksək yaşayış xərcləri qarşısında aşağı salmağa davam edəcəyini bildirib.

Ötən il lirə 44% ucuzlaşaraq bir neçə il ardıcıl olaraq yeni bazarlarda ən pis göstəriciyə malik olmuşdu. Bu vəziyyət əsasən Ərdoğan hökumətində iqtisadi və pul siyasətləri ilə bağlı narahatlıqlardan qaynaqlanır.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq