Türk dünyasının mərkəzi haradır?

QafqazTimes.com İnterfax-a istinadən xəbər verir: Kremlin mətbuat-katibi Dmitri Peskov Rusiyanın da ərazisinin türk ərazisi kimi göstərildiyi xəritəyə şərh verib. Xəritəni siyasətçi  Baxçalı Ərdoğana hədiyyə verib. Peskov xəritədə bir çox xarici dövlət ərazilərinin türk torpağı kimi göstərilməsini yox, türk birliyini  normal dəyərləndirib. Amma qeyd edib ki, kaş xəritədə türk dünyasının paytaxtı böyük qırmızı ulduzla göstəriləydi. Peskov Rüsuya ərazisində Altayın türk dünyasının paytaxtı olduğunu əlavə edib. O, Rossia 1 telekanalına müsahibəsində bu sözləri dilə gətirib. Xəritədə Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan qırmızı, türk dünyasına aid edilən Rusiya və İran ərazisi çəhrayı rəngdə verilib.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO