İstirahətə gedən qadın canından olub.
Turist qadın akulaların hədəfinə çevrilib. Hadisə Misirin Hurqa şəhərində baş verib. Yaxınlıqdakı şəxslər kömək etməyə çalışsalar da artıq iş işdən keçmiş olub. Onlar çarəsizcə faciəvi hadisəni izləyiblər.
Akulanın hücumu nəticəsində Avstriya vətəndaşı olan qadın əl və ayaqlarından məhrum olub. O, xəstəxanaya çatdırılarkən həyatını itirib.
Qeyd edək ki, Misirdə sonuncu dəfə analoji hadisə 2010-cu ildə baş vermişdi. O zaman Almaniya vətəndaşı həlak olmuş, üç rusiyalı və bir ukraynalı isə xəsarət almışdı.