Trampı 3 il həbs və namizədlikdən məhrum edilmə ehtimalı gözləyir

QafqazTimes xəbər verir ki, FTB-nin ABŞ-ın keçmiş prezidenti Donald Trampın malikanəsinə hücumu və bunun nəticələri ilə bağlı fərziyyələr bu günlərdə Amerika mediasının əsas mövzusuna çevrilib.

Bu baxımdan, ABŞ-da seçki məsələləri üzrə hüquqşünas, 2016-cı il prezident seçkilərində Hillari Klintonun kampaniyasının hüquq bürosunun rəhbəri olmuş Mark Elias FTB araşdırmasında hansı sənədlərin əldə olunmasından asılı olaraq onun cəzalandırması üçün istifadə oluna biləcək hüquqi müddəaya işarə edib.

Elias Twitter hesabında xatırladıb ki, ABŞ Konstitusiyasının 18-ci maddəsinin 2071-ci bəndində açıq şəkildə qeyd olunub ki, məxfi dövlət sənədlərinə əli çatan şəxs bu sənədləri gizlədə, silə, saxtalaşdıra və ya məhv edərsə onun bu addımı qanunsuz hərəkət hesab olunur.

Bəzi Amerika KİV-ləri yazıb ki, Eliasın qeyd etdiyi həmin hüquqi maddədə dövlət sənədlərindən sui-istifadə edən şəxsin “bu maddə ilə cərimələnməsi və ya 3 ilə qədər həbs cəzası və ya hər ikisinə məhkum edilməsi” qeyd olunur.

Elias başqa bir tvitində yazıb ki, təbii ki, bu hadisələr baş verərsə, onun seçkilərdə iştirakına qadağa qoyulmaya bilər, çünki hər halda o, bu cür ittihamlara etiraz edəcək. Buna baxmayaraq, o, seçki kampaniyası apardığı bir vaxtda məhkəmədə iddia qaldırmağa çalışmalıdır ki, bu isə onun seçkilərdə qalib gəlmək şansına zərbə vuracaq.

Keçmiş federal müstəntiq Harry Lyman da Eliasın arqumentini dəstəkləyərək, “FTB tərəfindən araşdırılan bir məsələ cinayət törətmiş şəxsin ABŞ-da hər hansı bir dövlət vəzifəsində işləməsinə qadağa qoyulması ilə nəticələnə bilər” deyib.

Related posts

Dünyanı kim qarışdırır?

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı