Tramp Konqresdə çevriliş cəhdində ittiham edilib

QafqazTimes xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti ABŞ Konqresində çevriliş cəhdində ittiham edilib.

Respublikaçı deputat Liz Çeyni görüş zamanı bildirib ki, hücumun alovunu Donald Tramp alışdırıb.

Demokratlardan olan Benni Tompson hücumun Amerika demokratiyasını təhlükə altına atdığını deyib.

Qeyd edək ki, 6 yanvar 2021-ci ildə Co Baydenin ölkənin növbəti prezidenti kimi qələbəsi təsdiqlənərkən Trampın tərəfdarları ABŞ Konqresinə basqın etmişdilər.

Demokratların rəhbərlik etdiyi Nümayəndələr Palatasının Komitəsi bir ilə yaxın araşdırmalardan sonra öz işinə Donald Trampa yaxın dairə üzvlərinin müsahibələrinin fotolarını göstərməklə başlayıb.

Bu müsahibələrin birində ABŞ-ın baş prokuroru Bill Barrın çıxışının bir hissəsi göstərilib və Trampın seçki nəticələrinin oğurlanması ilə bağlı iddiasının “cəfəngiyyat” olduğunu bildirib.

Barr müsahibəsində deyib: “Biz sabiq hökumətin, öz fikirlərinə əsaslanaraq, aydın dəlil olmadan seçki saxtakarlığını iddia etdiyi və hakimiyyətdə qalmaq istədiyi bir dünyada yaşaya bilmərik.”

BBC-nin məlumatına görə, görüşdə atasının iddiasının baş prokuror tərəfindən rədd edilməsini qəbul etdiyini deyən keçmiş ABŞ prezidentinin qızı İvanka Trampın ifadəsi də olub.

Görüş başlamazdan əvvəl Donald Tramp prosesi “siyasi fırıldaq” adlandırıb.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq