İsrail ordusu hazır vəziyyətə gətirilib

QafqazTimes xəbər verir ki, ibrani dili media mənbələri İsrail ordusunun bu rejimin Livanla mübahisəli sulardakı fəaliyyətinə Livan Hizbullahının ehtimal olunan reaksiyası qorxusundan hazır vəziyyətə gətirildiyini bildiriblər.

Sionist rejimin 12-ci kanalı ötən gün (cümə) elan edib ki, bu rejimin ordu qüvvələri Təl-Əvivin mübahisəli Kariş bölgəsindən neft ixracatına qarşı Livan Hizbullahının reaksiyasına cavab vermək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib.

İbranidilli “Valla” saytının məlumatına görə, İsrail ordusu kəşfiyyat məlumatlarının toplanması üçün xüsusi bir qrup yaradıb və mübahisəli bölgədə öz təyyarələrinin sayını artırıb.

Məlumata görə, İsrail hərbçiləri həmçinin ərazidə patrul xidmətini gücləndiriblər.

Sayt sionist təhlükəsizlik rəsmilərindən sitat gətirərək yazıb: “Biz ordunu müxtəlif ssenarilərə, o cümlədən pilotsuz təyyarələrin zərbələri, raketlər və hətta birbaşa toqquşmalara hazır olmağa çağırırıq”.

İsrail ordusunun bu addımı Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın cümə axşamı gecəsi çıxışı zamanı bölgənin işğalının dayandırılmasının vacibliyini deməsindən sonra baş verib. O, deyib: “Əsas məqsədimiz Livan üçün təhdid hesab olan “Kariş”in mübahisəli ərazisindən neft ixracatının qarşısını almaqdır.”

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…