Tramp: Girov ekstradisiyası Baydenin İrana təslimi deməkdir

ABŞ-ın eks-prezidenti sosial mediada bir video mesaj hazırlayaraq İranla məhkum ekstradisiyası razılaşmasının Co Bayden üçün İrana təslim olduğunun göstəricisi kimi dəyərləndirib.

Fars İnfromasiya Agentliyinin məlumatına əsasən, Donald Tramp Co Baydenin İranla son razılaşmasını tənqid edərək deyib: Bu razılaşma beynəlxalq səviyyədə Amerikanı biabır etməkdən əlavə çox təhlükəli və öldürücü bir qərardır.

ABŞ və İran bir neçə məhbus iranlının əvəzində həbsdə olan beş amerikalının azadlığının təmin edilməsi və İranın neft gəlirlərinin təxminən 6 milyard dollarının sərbəst buraxılması üçün razılığa gəliblər.

Sazişin həyata keçirilməsində ilk addım olaraq Tehran hazırda ev dustaqlığında olan və əvvəllər casusluqda ittiham olunan ikili ABŞ və İran vətəndaşlığı olan 5 nəfəri artıq həbsdən azad edib.

Related posts

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək

Qətər sionist rejimin Rəfəhə hücumunu qınadı