Tramp: Bayden administrasiyası Amerikanı məhv edir

QafqazTimes xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını elan edən toplantıda çıxışı zamanı bu ölkənin hazırkı hakimiyyətini növbəti dəfə tənqid edib.

Tramp “Nyu-Hempşir” ştatında Respublikaçılar Partiyasının tərəfdarlarının toplantısında deyib ki, Co Baydenin prezidentliyi dövründə Amerika korrupsioner siyasətçilər tərəfindən məhv edilməyə doğru gedir.

Amerika mətbuatının yazdığına görə, o, fikrini belə izah edib: “Bayden dövründə ölkəmiz eqoist, radikal və korrupsioner siyasi quruluş tərəfindən məhv edilir. Heç kim bilmir niyə belə edirlər.”

Demokrat Partiyasının rəhbərliyini “ifrat solçu” olaraq xarakterizə edən Tramp deyib: “Məncə, bir çox hallarda onlar marksist və kommunistdirlər. Lakin Birləşmiş Ştatlara ilk gündən gecikmədən işə başlamağa hazır olan prezident lazımdır və o adam mənəm!”

O, bundan öncə Co Baydenin prezidentliyi dövründə bu ölkənin növbəti 2 ildə sağ qalacağına şübhə ilə yanaşdığını deyərək, Vaşinqtonun indiyədək belə ağır vəziyyətdə olmadığını bildirmişdi.

Related posts

Dünyanı kim qarışdırır?

Səudiyyə Ərəbistanı Qəzzənin gələcəyini həll edən müzakirələrə evsahibliyi edir

Yəmən İsrail gəmisini hədəfə aldı