Tramp Amerika xalqını Bayden administrasiyasına qarşı üsyana çağırıb

QafqazTimes xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp yanvarın 6-da onun tərəfdarlarının Konqresə hücumunun birinci ildönümü ərəfəsində koronavirus vaksinasiyası ilə bağlı tərəfdarlarını prezident Co Bayden administrasiyasına qarşı “qiyam” etməyə çağırıb.

The Times qəzetinin yazdığına görə Donald Tramp dünən verdiyi açıqlamada Baydeni şagirdlər üçün məcburi peyvənd əmri verdiyinə və koronavirusa yoluxmaların sayının artmasından sonra məktəbləri bağlamağa qərar verdiyinə görə sərt şəkildə tənqid edib.

Tramp deyib: “Hal-hazırda Bayden hökuməti bir daha məktəbləri bağlamaqdan və hətta şagirdlər üçün vaksinasiyadan danışır.”

Keçmiş prezident Baydenə qarşı təxribat xarakterli açıqlamalar verməsinə baxmayaraq, Bayden hələ ki ABŞ-da məcburi peyvənd və məktəblərin bağlanması ilə bağlı heç bir qərar verməyib.

Mübahisəli açıqlamaları ilə tərəfdarlarını dəfələrlə üsyana təhrik edən Tramp deyib: “Bu (Baydenin hərəkəti) biabırçılıqdır və “Amerikanı yenidən böyüdək” xalqı (Trampın tərəfdarları) ayağa qalxmalı və federal hökumətin bu kobud həyasızlığına qarşı çıxmalıdılar.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik