Toyda dini musiqi sifariş etdikləri üçü həbs olundular – DİN təkzib edir

Şəmkir rayon sakinləri toyda dini musiqi sifarişi verdiyi üçün həbs olunduğu iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Belə ki, Ramid Səfərli və Qulu Quliyev adlı şəxslər toyda dini musiqi sifariş etdikləri üçün 20 və 10 sutka həbs ediliblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında bildirib ki, Şəmkir rayon sakinləri Ramid Səfərli və Qulu Quliyevin dini toy mərasimi ilə bağlı inzibati həbs olunmaları həqiqətə uyğun deyil:

“Məlumat üçün qeyd edim ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində ictimai asayişi qorumaq məqsədi ilə həm avtomobil həm də piyada xidməti həyata keçirir. İyul ayının 14-də Ramid Səfərli telefon vasitəsilə övladına sünnət edən şəxslə danışan zamanı yüksək səslə və nalayiq ifadələr işlətmiş və ətrafdakı insanların haqlı narazılığına səbəb olub.  Ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşan zaman o, hüquqazidd hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb”.

Din rəsmisi qeyd edib ki, Qulu Quliyev isə rayonun digər yerində bir şəxs ilə mübahisə edən zaman ətrafda olan insanlara məhəl qoymayaraq nalayiq ifadələr işləsib:

“Bununla bağlı polis əməkdaşı ona yaxınlaşaraq onu intizama dəvət etsə də, o polisin qanuni rələblərinə tabe olmayıb. Hər iki şəxs haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu ( Xırda xuliqanlıq) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə hər iki şəxs törətdikləri inzibati xətanı etiraf edərək səmimi peşmanlıqlarını bildiriblər. Məhkəmənin qərarı ilə Ramid Səfərli 20 Qulu Quliyev isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib”.

Lakin saxlanılan şəxslərin yaxınları isə əksini iddia edirlər. Onlar yaxınlarının sırf dini musiqiyə görə tutulduğunu, polisin ittihamının isə qurama olduğunu deyirlər.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video