Sürücü avtomobilini saxlayan polisləri yandırmağa cəhd etdi (Video izlə)

Rusiyanın Başqırdıstan Respublikasında sürücü avtomobilini saxlayan polis əməkdaşlarını yandırmağa cəhd edib.

Şübhəli şəxs Kuqarçinski rayonunda saxlanılıb. Müfəttişlər sürücünün sərxoş olduğunu düşündüyü üçün ona alkoqol testindən keçməyi təklif edib, lakin o, bundan imtina edib. Sonradan məlum olub ki, o, ümümiyyətlə sürücülük hüququndan məhrum olunub.

Qanun pozucusu müfəttişlərdən qisas almaq istəyib: O, maşından çıxaraq baqajdan benzin konteynerini çıxarıb. Polislərdən biri konteyneri ondan götürməyə çalışsa da, yanacaq onun üzərinə dağılıb – bu zaman sürücü inspektoru da yandırıb.

Ağır yanıq xəsarətləri alan polis xəstəxanaya yerləşdirilib, cinayətkar isə saxlanılıb. Onu hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə cinayət işi gözləyir.

Related posts

“Google” rəsmi proqramlarla bağlı yenilik etdi

Qonşu ölkədə 2000 il yaşı olan insan qalıqları tapılıb – VİDEO

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı – VİDEO