Tovuzda gərginlik: Bələdiyyə nümayəndəsi möhürü atdı, işə polis qarışdı – FOTO+VİDEO

Tovuz rayon sakinləri və bələdiyyə nümayəndəsi arasında gərginlik yaşanıb.

Belə ki, rayonun İbrahimhacılı kəndinin sakinləri iddia ediblər ki, öz vəsaitləri hesabına əkin yerlərini suvarmaq istəsələr də, kəndin su mənbələrini əhatə edən torpaqlar qanunsuz yollarla satılıb.

Kənd sakinlərinin etirazı nəticəsində bələdiyyə sədri Zeynalov Qələndəri əvəz edən Aynurə Tağıyeva möhürü kənd ərazisinə atıb. Nəticədə kənddə gərginlik yaşanıb və polis işə qarışıb. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, baş verən məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi kəndə gəlib:

“İctimai asayiş təmin olunub. Möhür kənd ərazisində atılan yerdən götürülüb, Tovuz Rayon İcra Hakimiyyətinə təhvil verilib. Bələdiyyə nümayəndəsi olan xanım rayon İH-ə dəvət olunub.

Vətəndaşlarla profilaktik söhbətlər aparılaraq, onlara müvafiq orqanlara müraciət etmək tövsiyə olunub. Kənddə insident baş verməyib”.

Faktla bağlı araşdırmalar aparılır.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO