Rusiyada miqrantlar arasında silahlı atışma – ANBAAN (Video izlə)

Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində miqrantlar arasında dava və silahlı atışma olub.

Ətrafda yaşayan sakinlər insidenti telefonlarına çəkərək ictimailəşdiriblər.

Qeyd olunur ki, atışma nəticəsində güllə yarası alaraq yaralanan şəxsdən başqa, digərləri qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Polis və Rusiya Milli Qvardiyasının hərbçiləri hadisə yerinə gəliblər.

Hazırda qaçaraq hadisə yerindən uzaqlaşmış şəxslərin axtarışı aparılır.

Related posts

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO