“Titanik”in qapısı hərraca çıxarılır – FOTO

“Titanik” filminin son səhnəsindəki qapı 40 min dollara hərraca çıxarılır.

Söhbət filmin qəhrəmanı Keyt Uinsletin üzərinə çıxaraq xilas olduğu taxta parçasından gedir. Hərrac təşkilatçılarının sözlərinə görə, taxtanın uzunluğu 2,44 metr, eni isə 1,04 metr təşkil edir. 

Hərrac martın 20-dən 24-dək keçiriləcək, qapının başlanğıc qiyməti 40 min dollardır.

Filmin pərəstişkarları dəfələrlə sonluqla bağlı mübahisələr apararaq bildiriblər ki, birlikdə suyun üzərində üzən qapı üzərində yerləşsəydilər, hər iki personajı xilas etmək mümkün olardı (filmdə yalnız Keyt Uinsletin personajı sağ qalır).

Lakin “Titanik”in direktoru Ceyms Kemeronun müşahidələrinə əsasən, qapı cütlüyün ağırlığını daşımayacaqdı və nəticədə batacaqdı. Və Cek ölməli idi, çünki hekayə faciə ilə sonlanır.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO

1 şərh

Fitspresso Mart 5, 2024 - 10:28 axşam

certainly like your website but you need to take a look at the spelling on quite a few of your posts Many of them are rife with spelling problems and I find it very troublesome to inform the reality nevertheless I will definitely come back again

Add Comment