“Titanik”dən daha dərində batan nəhəng gəmi tapıldı – FOTO/VİDEO

Yaponiyanın “Montevideo Maru” nəqliyyat gəmisi 1 iyul 1942-ci ildə Filippin sahillərində təxminən 979 avstraliyalı əsgər və mülki şəxslə birlikdə batıb.

O, Rabaulda əsir götürülmüş hərbi əsirləri və mülki insanları daşıyırdı. Gəmi ABŞ sualtı qayığı tərəfindən torpedo ilə vurulub.

Ümumilikdə, 14 ölkədən 850 hərbçi və 210 mülki şəxs olmaqla, 1060-a yaxın əsir itkin düşüb.

Qəzanın baş verdiyi yer onilliklər ərzində sirr olaraq qalırdı.

“Montevideo Maru” Cənubi Çin dənizində 12 günlük axtarışdan sonra tapılıb.

Bildirlib ki, dağıntılara müdaxilə edilməyəcək, heç bir insan qalıqları və ya artefakt çıxarılmayacaq. “Titanik”in batdığı yerdən daha dərində yerləşən həmin ərazi tədqiqat məqsədilə qeydə alınacaq.

Related posts

ABŞ-da adamyeyənlik: Yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi – FOTO

Ukraynanın səmasında daha bir işıq saçan müəmmalı obyekt görünüb – VİDEO

300 il öncə batmış şəhər yenidən göründü – FOTO